AZ

Azərbaycandan ən çox neft alan hansı ölkələrdir?

Dövlət Gömrük Komitəsinin məlumatına görə,  İtaliya, Çexiya və Rumıniya əsas idxalçılar sırasında liderdir...

Poliqon xəbər verir ki, cari ilin yanvar–mart aylarında Azərbaycanın neft ixracında əsas tərəfdaş ölkələr müəyyənləşib.

Məlumata görə, bu dövrdə Azərbaycan İtaliyaya 3 273 515,13 ton neft ixrac edib. Bu ixracın ümumi dəyəri 1 614 411,76 min ABŞ dolları təşkil edib. Beləliklə, İtaliya Azərbaycanın neft ixracında birinci yeri tutub.

İkinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 355 470,34 ton neft ixrac olunub və bunun dəyəri 184 328,19 min dollar olub.

Üçüncü yerdə isə Rumıniya yer alıb. Yanvar–mart aylarında bu ölkəyə 372 051,77 ton neft göndərilib və ixracın dəyəri 178 619,93 min dollar təşkil edib.

Ümumilikdə, hesabat dövründə Azərbaycan 10-dan çox ölkəyə 5 077 834,33 ton neft ixrac edib. Bu ixracın ümumi dəyəri 2 500 709,51 min ABŞ dollarına bərabər olub.

Ekspertlər qeyd edirlər ki, Avropa ölkələrinin Azərbaycanın enerji resurslarına marağı davam edir və bu, regionun enerji təhlükəsizliyində Azərbaycanın rolunu gücləndirir.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr