AZ

Arvadını döyüb, qardaşı gələndə pəncərədən qaçdı Dənizə getmək istəyirdilər

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Astara rayonunda azyaşlı uşağın gözü qarşısında baş verən şiddət hadisəsi məhkəmə müstəvisinə çıxarılıb. Ötən ilin iyulunda qeydə alınan hadisə boşanma tələbi üstündə yaranan mübahisə ilə başlayıb.Demokrat.az-ın əldə etdiyi məlumata görə 1995-ci il təvəllüdlü Arif (ad şərtidir) fərdi yaşayış evində həyat yoldaşı ilə mübahisə edib. Mübahisəyə qadının ayrılmaq istəməsi səbəb olub. Bu zaman kişi özünə hakim ola bilməyərək 3 yaşlı qızının yalvarışlarına və göz yaşlarına məhəl qoymadan arvadına qarşı fiziki zorakılıq tətbiq edib. Zərərçəkmişin üz nahiyəsinə vurulan ardıcıl yumruq zərbələri onun ağır xəsarətlər almasına səbəb olub.Hadisə ilə bağlı qanun pozucusuna qarşı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb. O, qəsdən sağlamlığa az ağır zərər vurmada, xüsusən də bu əməli köməksiz vəziyyətdə olan şəxsə qarşı amansızlıqla törətməkdə təqsirləndirilir. Hazırda faktla bağlı hüquqi prosedurlar davam edir.İş üzrə ifadə verən Arif ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Astara rayonunun qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır:“2015-ci ildə Astara rayon sakini Zamirə ilə tanış olmuşuq. Bir müddət sonra bizim münasibətləri yaxınlaşdı və 2016-cı ildən etibarən qeyri rəsmi olaraq birlikdə yaşamağa başladıq. Zamirə ilə 2020-ci ildə rəsmi nikaha daxil olmuşam, 2021-ci ildə həmin nikahdan Ramilə adında qız övladımız oldu. Zamirə ilə 1-2 dəfə dalaşmışıq, amma onu vurmuşam. Zamirə ilə evləndikdən sonra da ara-sıra aramızda davalarımız olub”.Təqsirləndirilən şəxs deyib ki, sonuncu dəfə həyat yoldaşı Zamirə ilə aralarında uşağı dənizə aparmaq ilə bağlı mübahisə yaranıb: “Axşam saat 19 radələrində yaşadığım evə gəldim. Gəldikdən sonra hamama girdim və çimdim. Bu zaman qapı çırpıldı və duş almağı bitirməmiş nə olduğunu öyrənmək üçün çıxdım. Arvadım onu və qızımı dənizə aparmadığım üçün narazılıq etməyə başladı. Mən isə Zamirəyə səbrli olmasını, çimib çıxdıqdan sonra danışacağımı dedim və hamama qayıtdım. Çimdikdən sonra Zamirə yenə deyinməyə davam etdi və nalayiq ifadələr işlətdi. Qızım da dava-dalaş yerində olub, qorxub. Zamirə mənimlə mübahisə etdikcə, qızım qışqırıb və ağlayıb. Zamirənin bu hərəkətinləri məni əsəbiləşdirdi və mübahisəni dayandırmaq üçün əlimin arxa hissəsi ilə onun üz nahiyəsindən vurdum. Həmin zərbə Zamirənin qaş nahiyəsinə dəydi”. Təqsirləndirilən şəxs deyib ki, daha sonra Zamirə qışqırmağa başlayıb:“Sonra Zamirə əlinə külqabını götürdü. Mən isə külqabını onun əlindən alaraq kənara atdım. Bundan sonra Zamirənin qardaşıgilin içəri daxil olduğunu gördüm. Pəncərədən tullanaraq köynəyimi geyindim və oradan getdim. Həmin hadisədən sonra polis əməkdaşları gələrək məni Astara Rayon Polis Şöbəsinə dəvət etdilər”.İş üzrə zərərçəkmiş Zamirənin sözlərinə görə, hələ Arif ilə evlənməzdən əvvəl onunla aralarında münaqişələr olub:“Bu münaqişələr zamanı Arif məni döyüb, təhqir edib. Evləndikdən sonra qeyd olunan hallar daha da artdı. Sonuncu dəfə hadisə günü səhər saatlarında qızım dənizə getmək istədi. Bununla bağlı saat 12 radələrində yoldaşım Arifə votsapda yazdım və dənizə gedə biləcəyimiz barədə soruşdum. O, getməyəcəyimizi bildirdi. Mən bir gün əvvəl Arifin dənizə getdiyini gördüyüm üçün ona “əvvəlki gün dənizə getmişdin” deyə yazdım. Bundan sonra Arif ilə aramızda söz-söhbət yarandı. O, məni nalayiq ifadələrlə söyərək təhqir etməyə başladı. Arif mənə “sən görərsən, mənə sənə göstərəcəm” dedi. Bundan sonra onun nömrəsini blok etdim. Axşam saat 19:15 radələrində Arif evə gəldi və mənimlə dəhlizdə mübahisə etməyə başladı. Mübahisə zamanı o, məni təhqir etdi. Mən Arifə artıq boşanacağımı bildirdim”. Zərərçəkmiş qeyd edib ki, daha sonra Arif onun saçından tutaraq itələyib:“Biz dalaşmağımızdan 4 yaşlı qızım qorxaraq ağlamağa başladı. Mən qızımı qucaqladım ki, ağlamasın. Lakin, Arif qızımın qorxaraq qışqırmasına və ağlamasına məhəl qoymadı. Arxadan saçlarımdan tutdu və üzü üstə yerə yıxdı. Arif ardıcıl olaraq baş nahiyəmdən zərbələr endirməyə başladı. Başımdan çoxsaylı zərbələr endirdikdən sonra qalxmağa çalışdım. Bu zaman başımı qaldırdıqda Arif sol göz nahiyəmdən yumruq zərbəsi endirdi. Mən həmin zərbədən sonra özümü tamam halsız hiss etdim. Həmin vaxt Arif əlini ağzıma salaraq əli ilə dartmağa başladı, mənə “sənin ağzını cıracam” dedi. Mən möhkəm qışqırdım. Bu zaman Arif mənə “sən niyə belə edirsən, yaxınlıqda polislər var, eşidəcəklər” dedi və ağzımı əli ilə bağladı. Arif digər əli ilə masanın üzərindən başıma vurmaq məqsədilə külqabını götürdü. Mən həmin vaxt bütün gücümü toplayaraq qapıya tərəf qaçdım. Qapını açdıqda qardaşımın qapıda olduğunu gördüm. Arif isə qardaşımın gəldiyini gördü, pəncərədən özünü çölə ataraq qaçdı. Mən həmin gün qardaşım ilə birlikdə Astara mərkəzi xəstəxanasına getdim. Arif tərəfindən döyülməyim barədə məlumat verdim”.Astara Rayon Məhkəməsinin hökmü ilə Arif 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr