AZ

Azərbaycan bu il 10-dan çox ölkəyə 2,5 mlrd. dollarlıq neft ixrac edib - Siyahı 

Bu ilin yanvar-mart aylarında Azərbaycan İtaliyaya 1 614 411,76 min ABŞ dolları dəyərində 3 273 515,13 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb...

Poliqon-nun Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (dəyərinə görə - red.) ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 184 328,19 min dollar dəyərində 355 470,34 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda (dəyərinə görə) üçüncü yerə Rumıniya tutur. Yanvar-mart aylarında bu ölkəyə 178 619,93 min dollar 372 051,77 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 10-dan çox ölkəyə 2 500 709,51 min dollarlıq 5 077 834,33 ton neft ixrac edib.

Poliqon.info

Seçilən
12
6
poliqon.info

7Mənbələr