AZ

Nəriman Kolambus Kryu nun qələbəsində rol oynadı

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kryu" komandasının heyətində ilk dəfə start heyətində meydana çıxıb.

Milli.Az xəbər verir ki, o, ABŞ Açıq Kubokunun 1/32 finalında "Riçmond Kikers" klubuna qarşı matçda əvəzlənmədən meydanda olub.

21 yaşlı hücumçunun komandası 3:0 hesablı qələbə qazanıb. Nəriman Axundzadə ilk qolun vurulmasında önəmli rol oynayıb.

Belə ki, Axundzadə - Marselo Errera ikilisinin qurduğu hücumu Qyuqu Pikar qolla tamamlayıb.

Qeyd edə ki, ABŞ Açıq Kubokunda mərhələlər bir oyundan ibarət olur. //"Report"

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
7
news.milli.az

9Mənbələr