AZ

İsrailin təhlükəsizlik kabineti Livanda atəşkəslə bağlı qərar vermədi » AzadMedia.az

İsrailin


İsrailin baş naziri Binyamin Netanyahu sədrliyi ilə keçirilən təhlükəsizlik kabinetinin dörd saat davam edən iclası Livanda atəşkəs qərarı olmadan başa çatıb. Bu barədə Ynet portalı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, “hazırkı mərhələdə atəşkəs istiqamətində irəliləyiş əldə olunmayıb”.

İclas 15 aprel axşamı çağırılıb. Təhlükəsizlik kabinetinə hökumətin güc strukturlarına cavabdeh əsas nazirləri daxildir.

Bundan əvvəl Vaşinqtonda Livan-İsrail təmaslarının ilkin raundu keçirilib. İsrailin ABŞ-dakı səfiri Yechiel Leiter danışıqların mühitini müsbət qiymətləndirib və tərəflərin “Hizbullah”ın tərksilah edilməsinin vacibliyi məsələsində vahid mövqedən çıxış etdiyini bildirib.

Buna baxmayaraq, tərəflər hələlik atəşkəs üzrə konkret razılaşmaya nail olmayıblar.

Seçilən
28
1
azadmedia.az

2Mənbələr