AZ

CO₂-ni yanacaq xammalına çevirən “yaşıl” nanokatalizator hazırlanıb

Bakı, 16 aprel, AZƏRTAC

Rusiyalı alimlər dəmir və platin nanohissəciklər, eləcə də bor nitrid hissəciklər əsasında karbon qazını uzun müddət maye karbohidrogenlərin və spirtlərin istehsalı üçün xammal olan karbonmonoksidə çevirməyə qadir katalizator hazırlayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə “MİSİS” Rusiya Milli Tədqiqat Texnoloji Universitetinin mətbuat xidməti məlumat yayıb.

“Professor Dmitri Ştanskinin rəhbərliyi ilə tədqiqatçılar qrupu ətraf mühitə texnogen yükü azaltmağa kömək edəcək texnologiya hazırlayıblar. Karbon qazının yanacağa və kimyəvi xammala çevrilməsi üzrə innovativ metod “yaşıl” energetikada geniş tətbiq olunacaq”, – deyə universitetin rektoru Alevtina Çernikova bildirib.

Alimlər bor nitridi hissəciklərini elə strukturlaşdırıblar ki, onların səthində katalizatorun işləməsi zamanı nanohissəciklərin birləşməsinin qarşısını alan xüsusi qüsurlar yaranıb. Bunun sayəsində katalizator yüksək kimyəvi aktivlik nümayiş etdirir və onu uzun müddət, yəni təxminən 50 saat ərzində saxlayır.

Aparılan təcrübələr göstərib ki, yaradılmış katalizator zamanla təkcə karbonmonoksid deyil, həm də karbohidrogen molekulları formalaşdırır.

Seçilən
48
azertag.az

1Mənbələr