AZ

Ukraynaya gecə zərbəsi: şəhərlərdə itkilər və dağıntılar

16 aprel Cümə axşamı gecəsi Rusiya qüvvələri raketlər və hücum dronlarından istifadə edərək Ukrayna ərazisinə zərbələr endirib.

Herbiand.az xəbər verir ki, Ukrayna mediası və yerli hakimiyyət orqanlarının məlumatına görə, hücumların əsas mərkəzləri Kiyev, Xarkov və Dnepr şəhərləri olub.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, Kiyevə raket zərbəsi nəticəsində bir uşaq da daxil olmaqla 18 nəfər yaralanıb. Kiyev meri Vitali Kliçko hücumda 12 yaşlı uşağın və 35 yaşlı qadının öldüyünü bildirib. O əlavə edib ki, yaşayış məntəqələri zərər görüb, təcili yardım və kommunal xidmətlər dağıntıların olduğu yerlərdə işləyir.

Seçilən
40
herbiand.az

1Mənbələr