Nadir bir futbol hekayəsi: Qilermo Oyos, “Barselona”dakı ilk görüşlərindən 23 il sonra yenidən Lionel Messi ilə işləməyə başlayıb.
Publika.az xəbər verir ki, 2003-cü ildə, Messinin cəmi 16 yaşı olanda Oyos demişdi: “Mən Dieqo ilə oynamışam və Lionel mənim ona ən yaxın gördüyüm oyunçudur. O, Maradona kimi olacaq”.
O dövrdə Oyos Kataloniya klubunun gənclər komandasını məşq edirirdi və Messidə təkcə istedadı deyil, həm də tarixi səviyyəyə çatan bir oyunçunu ilk görənlərdən biri idi.
İndi onların yolları yenidən kəsişib – bu dəfə klubun strukturunda dəyişikliklərdən sonra Oyos “İnter Mayami”nin məşqçilər heyətinə qoşulub.