AZ

ABŞ senatında gərginlik: İran müharibəsini dayandırılmadı

ABŞ Senatı demokratların İranla bağlı müharibənin dayandırılması təşəbbüsünü ikinci dəfə qəbul etməyib.

Musavat.com xəbər verir ki, bu qərar Vaşinqtonda mövzu ətrafında siyasi qarşıdurmanın daha da dərinləşdiyini göstərir.

Məlumata görə, səsvermə zamanı respublikaçıların üstünlük təşkil etdiyi Senat demokratların təklifini dəstəkləməyib və beləliklə, münaqişənin dayandırılması ilə bağlı təşəbbüs yenidən uğursuzluğa düçar olub.

Bununla belə, demokratların Senatdakı lideri Çak Şumer bildirib ki, məsələ gündəmdən çıxarılmayacaq. Onun sözlərinə görə, İranla bağlı müharibənin dayandırılması təşəbbüsü üzrə hər həftə yeni səsvermələr keçiriləcək.

Şumer vurğulayıb ki, bu məsələ ABŞ siyasətində prioritet olaraq qalır və demokratlar münaqişənin dayandırılması üçün təzyiqləri davam etdirəcəklər.

 

Musavat.com

Seçilən
11
31
musavat.com

10Mənbələr