AZ

İsraildə casusluq qalmaqalı: İranla əlaqədə şübhəli bilinən qadın saxlanıldı

Musavat.com xəbər verir ki, İsraildə İranla əlaqələrdə şübhəli bilinən bir şəxs saxlanılıb.

Məlumata görə, İsrail polisi və təhlükəsizlik xidməti – Şin Bet mart ayında ölkə vətəndaşı, şimaldakı Nazaret şəhərinin sakini Şuma Əbu Abedi həbs edib.

İstintaq materiallarına əsasən, dörd uşaq anası olan qadın düşmən dövlətin nümayəndələri ilə əlaqə saxlamaqda və onların göstərişi ilə müəyyən tapşırıqları yerinə yetirməkdə şübhəli bilinir. Bildirilir ki, o, İranla əlaqəli koordinatorun verdiyi göstərişlər əsasında İsrail ərazisində yerləşən təhlükəsizlik obyektlərinin, hərbi bazaların, eləcə də Hayfadakı neft emalı zavodlarının fotolarını çəkib.

Bundan əlavə, şübhəli şəxsin keçmiş İsrail təhlükəsizlik məmuru haqqında məlumatları da qarşı tərəfə ötürdüyü iddia olunur. Qeyd edilir ki, o, bu fəaliyyətinə görə ödənişləri rəqəmsal cüzdan vasitəsilə alıb.

Hadisə İsraildə təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqları bir daha gündəmə gətirib. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmaları davam etdirir.

 

Musavat.com

3990858f-5da7-4d04-9c1a-61b7d57c5b28.jpg

Seçilən
17
7
musavat.com

8Mənbələr