AZ

Niderland Ukrayna üçün dronlara 248 milyon avro sərmayə qoyur

Turkstan.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Niderlandın müdafiə naziri Dilan Ceşilqoes-Zegerius Ukraynada Müdafiə Məsələləri üzrə Təmas Qrupunun iclasında bildirib ki, Niderland Ukrayna üçün dronlara 248 milyon avro sərmayə qoyacaq.

Turkustan.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.“Niderland Ukrayna üçün dronlara 248 milyon avro sərmayə qoyur. Bu dronlar hər iki ölkəmizdə istehsal olunacaq. Bu yolla biz əməkdaşlığımızı və öz sənayemizi daha da gücləndiririk. Ən əsası isə, bu dronlar Rusiyanın hücumlarını dəf etməyə kömək edir!”, - deyə mesajda bildirilir.

Ukraynanın müdafiə naziri Mixaylo Fedorov Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupunun iclasında bildirib ki, Ukrayna hava hücumundan müdafiəsini gücləndirib , xüsusən də qanadlı raketlərin ələ keçirilməsi səviyyəsi təxminən 80%-ə, dronların ələ keçirilməsi isə 90%-ə çatıb.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
icma.az

2Mənbələr