Belarus qeyri-ənənəvi münasibətlərin və cins dəyişdirməyin təşviqinə görə cərimələr tətbiq edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Belarus liderinin mətbuat xidmətinin məlumatına görə, müvafiq qanun prezident Aleksandr Lukaşenko tərəfindən imzalanıb.
"Homoseksual münasibətlərin, gender keçidinin, pedofiliyanın və uşaqsızlığın təşviqi 900 Belarus rubluna qədər, yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə isə 1350 rubla qədər və ya inzibati həbslə cəzalandırılacaq", - deyə bəyanatda bildirilir.
Musavat.com