AZ

Qəbələnin ən böyük bazarlarından biri sökülürVİDEO

Qəbələ rayonunun Vəndam qəsəbəsindəki bazar sökülür...

Xezerxeber.az xəbər verir ki, İşlər Muğanlı - İsmayıllı - Qəbələ yolunun yenidən qurulması çərçivəsində həyata keçirilir. Belə ki, Vəndamda bazar ərazisi və bir sıra fərdi yaşayış evlərinin həyətləri, ictimai iaşə obyektləri yolun tikinti sahəsinə düşüb.

Bu məqsədlə hələ 3 ay əvvəl sahibkarlarla danışıqlar aparılıb.

Eyni zamanda, Vəndam qəsəbəsində yolun kənarında yerləşən evlərin və hasarların da söküntüsünə başlanılıb.

Vəndam qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşı Hikmət Səfərəliyev “Xəzər Xəbər”ə bildirib ki, plana düşən həyətyanı sahələrin, ictimai iaşə və ticarət obyektlərinin sahibləri ilə hələ 3 ay bundan əvvəl lazımı danışıqlar aparılaraq kompensasiyalar ödənilib.

Hazırda hər hansı problem yoxdur və işlər plana uyğun olaraq davam etdirilir. Plan üzrə dəyişiklikər olarsa, həmin şəxslərə də kompensasiyalar veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
35
xezerxeber.az

1Mənbələr