Bakıda üçüncü sinif şagirdi dərs zamanı xəsarət alıb. Hadisənin bir neçə gün əvvəl Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən Elmar Mirzəyev adına 6 nömrəli Respublika xüsusi internat məktəbində baş verdiyi iddia edilir.
“Xəzər Xəbər”in votsap qaynar xəttinə müraciət edən Türkan qəsəbə sakini Vüqar Əmirov qeyd edib ki, qonşusunun övladı, üçüncü sinif şagirdi Əlizadə Tuncay Hüseyn oğlu dərs zamanı idman zalında yıxılıb. Nəticədə şagirdin ağız nahiyəsində yırtıq yaranıb, qolu isə sınıb.
Vüqar Əmirov idda edib ki, hadisədən sonra məktəb rəhbərliyi tərəfindən şagirdin xəstəxanaya aparılmaması, ev şəraitində həkim çağırılması və yaraya tikişlərin qoyulması tapşırılıb.
O, iddia edib ki, valideynlərə məktəb rəhbərli məsələni ictimailəşdirməməyi tapşırıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.