AZ

Təhsil idarəsinə TƏYİNAT

Təhsil

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə yeni müdir müavini təyin olunub.Ulusum.az-a bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrilə Məmmədtağıyev Elmin Məmmədtağı oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir müavini vəzifəsinə təyin edilib.Qeyd olunub ki, Elmin Məmmədtağıyev 2017-ci ildə Lerik rayonunun Veri Əliabad kənd ümumi orta məktəbində müəllim kimi fəaliyyətə başlayıb. O, 2018–2022-ci illərdə Kəlbəcər rayon Təhsil şöbəsində məsləhətçi vəzifəsində işləyib. 2022-ci ildən etibarən Mərkəzi Aran Regional Təhsil İdarəsində əvvəlcə məsləhətçi, daha sonra İnzibati təşkilat sektorunun müdiri vəzifələrində çalışıb. 2025-ci ildən bu təyinata qədər isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində Tədrisin keyfiyyəti sektorunun müdiri olub.

Diqqət Çəkənlər

Kiberhücum, yoxsa texniki xəta? – RƏSMİ AÇIQLAMA

Burak Yılmaz danışdı, UEFA Türkiyəyə qarşı araşdırma başlatdı - SON DƏQİQƏ

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

Seçilən
13
1
ulusum.az

10Mənbələr