AZ

Peskov: İranın dinc nüvə energetikasından qeyd-şərtsiz istifadə etmək hüququ olmalıdır

Bakı, 15 aprel, AZƏRTAC

İranın digər ölkələr kimi dinc energetikadan istifadə etmək hüququ olmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “India Today” nəşrinə müsahibəsində bildirib.

“İran Yer üzündə hər hansı digər ölkə kimi dinc nüvə energetikasından qeyd-şərtsiz istifadə etmək hüququna malik olmalıdır”, – deyə Kremlin nümayəndəsi vurğulayıb.

Seçilən
49
1
azertag.az

2Mənbələr