AZ

Tanınmış aparıcı həmkarlarını qınadı “Heç kim bilməsə də, mən bilirəm”

ain.az, Demokrat.az saytına istinadən bildirir.

“Aparıcılıq etdiyim dönəmlərdə çalışmışam belə məsləhətlər verməyim. Amma indi bir tamaşaçı kimi bütün xəbər aparıcılarına bir sözüm var. Ay qadanızı alım, dediklərinizi bizə çatdırmaq üçün, xəbəri bizə təqdim etmək üçün çalışırsınız, ya öz sürətli və çaşmadan danışmaq qabiliyyətinizi nümayiş etdirmək üçün?!”Bunu tanınmış teleaparıcı İlhamiyyə Rzayeva bildirib.O, xəbər aparıcılarının efirdə sürətli danışmasını qınayıb:“Ay canlar, heç kim bilməsə də, mən axı bilirəm ki, suflyordan oxuyursunuz. Lap əcəb eliyirsiniz. Amma dediklərinizin mahiyyətinə də varın. Vallah, dinləyirəm, amma xəbəri eşitmirəm. Nəyi eşitdirmək istəyirsinizsə, hə, bax onu eşidirəm. Eşdirəm ki, sizdən bir dənədir, eşidirəm ki, “məni eşitməyə bilməzsiniz”.Razıyam, bir dənəsiniz, eşitməyə bilmərəm, çünki qışqırırsınız, gözəlsiniz və də ağıllısınız. Amma imkan verin xəbərin özünü də eşidək. Cümlələrinizi uzun etməyin. Qısa, aydın cümlələrlə xəbəri, yaxud şərhinizi, nə demək istədiyinizi çatdırın. Axı onun üçün çıxırsınız ekrana.P.S. Hamıya aid deyil, böyük çoxluğa aiddir. Favorilərimin adını yazsam, digərləri inciyər. Hamınızı sevirəm”.b(yenisabah)Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
4
demokrat.az

5Mənbələr