AZ

Goranboyda itin boğazına kəndirlə təkər bağlayan şəxs CƏZALANDIRILDI VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Goranboy rayonu ərazisində heyvana qarşı amansız davranış sərgiləyən şəxs müəyyən olunub.

Avtosfer.az-ın məlumatına görə, hadisəni törədən şəxs əməlini videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb. Hadisə bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb.

Kadrlardan aydın görünür ki, rayon sakini avtomobilin təkərini kəndirlə itin boğazına bağlayaraq onun hərəkətini məhdudlaşdırıb. Nəticədə heyvanın əziyyət çəkdiyi açıq şəkildə müşahidə olunur.

Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin etirazla qarşılanıb, izləyicilər bu hərəkəti qınayıblar.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb və Goranboy rayon sakini İ.Babayev barəsində inzibati məsuliyyət tədbiri görülüb.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
avtosfer.az

1Mənbələr