AZ

İnter rumuniyalı mütəxəssislə bağlı qərarını verib

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"İnter" baş məşqçisi Kristian Kivu ilə bağlı qəti qərarını verib. Milan təmsilçisi rumıniyalı mütəxəssislə əməkdaşlığı davam etdirməkdə qərarlıdır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.Klub rəhbərliyi Kivunun rəhbərliyi altında komandanın sərgilədiyi oyundan və qazanılan nəticələrdən tam razıdır. Bu səbəbdən "neradzurri" 45 yaşlı məşqçiyə yeni və daha yaxşı şərtlərlə müqavilə təklif etməyi planlaşdırır.Mənbənin sözlərinə görə, hazırkı müqaviləsi 2027-ci ilə qədər qüvvədə olan baş məşqçi ilə anlaşma daha bir neçə il uzadılacaq.Qeyd edək ki, Kristian Kivu komandanın "sükanı arxasına" keçdikdən sonra qısa müddətdə uğurlu nəticələrə imza ataraq "İnter"i çempionluq yarışının əsas favoritlərindən birinə çevirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
sport24.az

1Mənbələr