AZ

Manatın məzənnəsi ilə bağlı rəsmi məlumat

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda milli valyutanın ABŞ dollarına qarşı mövcud məzənnəsinin yaxın illərdə dəyişməyəcəyi gözlənilir.Demokrat.az bildirir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illəri əhatə edən ortamüddətli büdcə çərçivəsində manatın sabitliyi ilə bağlı proqnozlar əksini tapıb.İqtisadiyyat Nazirliyinin təqdim etdiyi makroiqtisadi göstəricilərə istinadən hazırlanan sənəddə qeyd olunur ki, 2030-cu ilin sonuna qədər dolların rəsmi satış qiyməti dəyişməz qalacaq. Beləliklə, növbəti dövrlər üçün manatın dollara qarşı məzənnəsi hazırkı 1,7 səviyyəsində proqnozlaşdırılır.Bu qərar ölkənin ortamüddətli iqtisadi planlaşdırma və büdcə hesablamalarında əsas götürüləcək.Yəni dövlət qurumları yaxın dörd il ərzində dolların qiymətinin qalxmayacağını və 1 manat 70 qəpik səviyyəsində qalacağını nəzərdə tutur.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
demokrat.az

1Mənbələr