İranın Yaxın Şərqdə ABŞ hərbi bazalarına zərbə endirmək üçün Çin kəşfiyyat peykindən istifadə etdiyi iddia olunur.
Doğru.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb. Hesabatda bildirilir ki, İran gizli şəkildə Çin casus peyki əldə edib və bununla ABŞ hərbi bazalarını hədəf almaq üçün yeni imkan qazanıb.
Bundan əvvəl CENTCOM İrana qarşı əməliyyat zamanı təxminən 400 amerikalı hərbçinin yaralandığını açıqlamışdı.
Həmçinin, İranın Küveyt ərazisində yerləşən hərbi bazaya endirdiyi zərbədən sağ çıxan ABŞ hərbçiləri Pentaqon rəhbərliyini məlumatları gizlətməkdə ittiham ediblər.
DOĞRU.AZ