AZ

Putinə xaricə ordu göndərəcək – Duma qanun qəbul etdi

Dövlət Duması Prezidentin Rusiya Silahlı Qüvvələrindən istifadə səlahiyyətlərini genişləndirən qanun layihəsini birinci oxunuşda qəbul etdi.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, sənəddə Rusiya vətəndaşlarının həbsi və ya Rusiyanın iştirak etmədiyi xarici məhkəmələr və beynəlxalq qurumlar tərəfindən cinayət təqibi halında onların müdafiəsi üçün ordudan istifadəyə icazə verilməsi təklif olunur.

Qanun layihəsi həmçinin dövlət qurumlarını prezidentin müəyyən etdiyi kimi, həmvətənlərini xarici məhkəmələrdən qorumaq üçün tədbirlər görməyə məcbur edir.

Qanun rəsmi dərc edildikdən 10 gün sonra qüvvəyə minəcək.

Seçilən
21
konkret.az

1Mənbələr