Bakının Yasamal rayonunda həyat yoldaşını öldürməyə cəhd etməkdə ittiham olunan “Referans" klinikasının Mərdəkan filialının direktoru olmuş Vasif Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Vasif Kərimov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Tərəflər arasında barışıq olub, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci maddəsi (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilib. O, cəzasını ümumirejimli cəzaçəkmə müəssisənidə çəkəcək.
İttihama görə, ötən ilin iyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.