ABŞ-də yeniyetmə kruiz gəmisində bacısını zorlayaraq öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
ABŞ-də dəhşətli cinayət hadisəsi baş verib. Kruiz gəmisində səyahət zamanı 18 yaşlı Anna Kepnerin meyiti çarpayının altında aşkar edilib.
İlkin tibbi ekspertiza zamanı qızın zorlandığı və boğularaq öldürüldüyü məlum olub.
Qətlə yetirilən qızın keçmiş sevgilisi bildirib ki, Anna uzun müddətdir 16 yaşlı ögey qardaşı Timotinin narahatedici davranışlarından əziyyət çəkirmiş.
Məlumata görə, məktəbli qıza qarşı daha əvvəl də təcavüzkar hərəkətlər edib.
Timoti özü hadisəni xatırlamadığını iddia etsə də, polis cinayətin motivinin cinsi istək olduğunu bildirir.
Məhkəmə qərarı ilə 16 yaşlı yeniyetmənin böyüklər kimi mühakimə olunması qərara alınıb. Bu isə o deməkdir ki, onu ömürlük həbs cəzası gözləyir.
Xuraman Etibarlı
İnterpress.az