AZ

Aliağa limanında "yük" partlayışı - 21 milyon tonu kim daşıdı? (ÖZƏL)

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2026 - cı ilin mart ayında Türkiyənin Aliağa limanı 21 milyon 910 min 607 ton yük qəbul edib.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Aliağa limanından Türkiyə bayrağı altında üzən 1 milyon 126 min 277 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 17 milyon 8 min 123 ton yük daşınıb.

2026 - ci ilin mart ayında Aliağa limanından tranzit 195 min 974 ton yük aşırılıb.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyə limanları 4 min 608 gəmi qəbul edib.

“Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 134, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 474 olub.”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyə limanları 76 milyon 809 min 328 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 10 milyon 818 min 996 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 65 milyon 990 min 332 ton olub”, – deyə nazirlikdən bildirilib.

Seçilən
0
9
turkic.world

10Mənbələr