AZ

“Sevib-sevilmək istəyirəm deyə ağladım, ərimlə tanış oldum”

Türkiyəli aktrisa Pınar Deniz həyat yoldaşı, aktyor Kaan Yıldırım ilə tanışlıq hekayəsi və şəxsi həyatı barədə səmimi açıqlamalar verib.

Musavat.com xəbər verir ki, aktrisa “YouTube” platformasında yayımlanan “ABtalks” proqramına qonaq olub. 

O, bir “aile dizimi” seansına qatıldığını və orada mütəxəssisin ona “Sənə indi müdaxilə edə bilmərəm, çünki çox qarışacaqsan” dediyini bildirib. Bundan sonra çox təsirləndiyini və “Niyə?” sualına eyni cavabı aldığını qeyd edib. Seansdan çıxdıqdan sonra “Sadəcə sevmək və sevilmək istəyirəm” deyərək ağladığını söyləyib. O dövrdə özünü daha çox içinə qapanmış və sosial baxımdan geri çəkilmiş hiss etdiyini vurğulayıb.

Daha sonra bir dostlarının ad gününə getdiyini və orada gələcək həyat yoldaşı ilə tanış olduğunu bildirib. Aktrisa həmin gün dediyi cümlənin həyatında gerçəkləşdiyini qeyd edərək, “Yəni ‘sevmək və sevilmək istəyirəm’ dediyim günün axşamı ərimlə tanış oldum” deyib. O, həyatın bəzən insanın özünü qarışdıran və daxili bağını zəiflədən hadisələrlə dolu olduğunu, amma özünü həqiqətən hiss etdiyi dövrlərdə içdən dediyi şeylərin gerçəkləşdiyini düşündüyünü də əlavə edib.

Pınar Deniz həmçinin ana olma təcrübəsindən də danışaraq, uşağını qucağına aldığı anda hiss etdiyi güclü sevginin eyni zamanda onu yaraladığını bildirib. Doğuşdan sonrakı ilk 10 günün onun üçün çox çətin keçdiyini, yüksək emosional vəziyyətin onda həm böyük sevgi, həm də narahatlıq və qorxu yaratdığını qeyd edib.

 

Könül
Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr