AZ

Bakı və Sumqayıt üzrə I sinfə qəbulla bağlı ərazi seçimi başa çatır

Bakı. Trend:

Bakı və Sumqayıt üzrə 1-ci sinfə qəbulla bağlı ərazi seçimi bugün başa çatır.

TrendMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadənxəbər verir ki, 2026-2027-ci tədris ili üzrə I sinfə elektronqeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanlarıvətəndaşlara açıqlanıb. Mikroərazilər müvafiq icra hakimiyyətiorqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraqmüəyyənləşdirilib.

Əlavə sualı olan vətəndaşlar müvafiq olaraq Bakı Şəhəri üzrəTəhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) və Abşeron-Xızı RegionalTəhsil İdarəsinin Çağrı Mərkəzinə (146-0-1) zəng edib məlumat alabilərlər.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinəqeydiyyat prosesi www.mektebeqebul.edu.az⁠ elektron portalı vasitəsiləaparılır.

Seçilən
14
az.trend.az

1Mənbələr