AZ

Türkiyədə daha bir məktəbə silahlı hücum – Ölənlər var


Türkiyənin Kahramanmaraş şəhərindəki orta məktəbdə silahlı hücum baş verib.
Yeniavaz.com
xəbər verir ki, Kahramanmaraş şəhərinin valisi Mükərrəm Ünlüer hücum nəticəsində 4 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib.
Onun sözlərinə görə, ölənlərdən biri müəllim, üçü şagirddir.
O, təhsil müəssisəsinə silahlı hücumun səbəbinin hələ də məlum olmadığını bildirib.
Hadisə yerinə təcili yardım işçiləri və polis əməkdaşları göndərilib.
Silahlı hücumu 8-ci sinif şagirdinin törətdiyi bildirilir.
Məsələ ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, dünən də Türkiyənin Şanlıurfa şəhərindəki liseylərin birinə hücum olmuş, 16 nəfər yaralanmışdı.
Seçilən
34
5
yeniavaz.com

6Mənbələr