AZ

BP “Babək” layihəsinə maraq göstərir

Energetika naziri Pərviz Şahbazovla BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli arasında görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, görüşdə BP şirkəti ilə strateji tərəfdaşlıq çərçivəsində neft-qaz və bərpa olunan enerji sahələrində həyata keçirilən layihələrin icra vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu kontekstdə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında hasilatın sabit saxlanılması, yeni texnologiyaların tətbiqi və əməliyyat səmərəliliyinin artırılması istiqamətində görülən işlər nəzərdən keçirilib.

Eyni zamanda, “Şahdəniz” yatağında aparılan fəaliyyətlər, “Şahdəniz Kompressiya” layihəsinin inkişafı və AÇG-dən sərbəst təbii qazın işlənməsi layihəsi çərçivəsində ilk qazın əldə olunması ilə bağlı yeniliklər diqqətə çatdırılıb. “Şəfəq-Asiman”, “Qarabağ” və “Babək” yataqlarının işlənməsi ilə bağlı məsələlər də müzakirə edilərək perspektiv imkanlar dəyərləndirilib. Qeyd olunub ki, bu layihələr ölkənin qaz ixrac potensialının artırılmasına mühüm töhfə verəcək.

Görüşdə, həmçinin neft-qaz platformalarının və “Səngəçal” terminalının elektrikləşdirilməsi, eləcə də “Şəfəq” Günəş Elektrik Stansiyasının 2027-ci ildə istismara verilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib.

Seçilən
19
15
aznews.az

10Mənbələr