AZ

"Savaş qaçılmazdır": Dünya üzərində nüvə Armagedonu kabusu dolaşır...

"Qərb uçurumun kənarındadır və onun deqradasiyası dayandırılmasa, yeni dünya savaşı qaçılmaz olacaq..."
 
"Onlar əsrlər boyu müstəmləkəçilik, diktə etmək və hegemonluq siyasəti yeridərək hər şey etməyə, bütün dünyanı ələ salmağa vərdiş edib..."
 
ABŞ Rusiya ilə dəhşətli qarşıdurmaya getmək niyyətindədir. Bunu Ağ evin Ronald Reyqan administrasiyasında sabiq əməkdaşı Pol Kreyq  şəxsi saytında yazıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "İnstitute for Political Economy" nəşri məlumat yayıb.
 
Onun fikrincə, Qərb uçurumun kənarındadır və əgər onun deqradasiyası dayandırılmasa, yeni dünya savaşı qaçılmaz olacaq.
 
Birləşmiş Ştatlar və İsrail dünyada iki cinayətkar dövlət kimi təcrid olunub. Vaşinqtonun xarici siyasətinin diktəsinə tabe olaraq Avropanın oyuncaq hökumətləri elə vəziyyətə düşüb ki, öz vətəndaşları onlara nifrət edir.
 
Təxminən bir il öncə Rusiya prezidenti Vladimir Putin ölkənin Federasiya Şurası qarşısında çıxış edərkən Qərbi belə səciyyələndirib:
 
"Onlar Yuqoslaviyanı, İraqı, Liviyanı, Suriyanı dağıdanda da beləcə vicdansızcasına, ikiüzlü davranıblar. Bu rüsvayçılıqdan onlar heç vaxt qurtula bilməyəcək. Şərəf, edimad, ləyaqət anlayışları onlara yaddır. 
 
Əsrlər boyu müstəmləkəçilik, diktə etmək və hegemonluq siyasəti yeridərək onlar hər şey edə biləcəklərinə, bütün  dünyanı ələ sala biləcəklərinə vərdiş edib. 
 
Aydın olub ki, onlar belə laqeydcəsinə, hökmrancasına münasibəti öz ölkələrinin xalqlarına qarşı da sərgiləyib, axı, onları da riyakarcasına sülh axtardıqlarına, BMT Təhlükəsizlik Şurasının Donbas üzrə qətnamələrinə sadiq olduqlarına inandırıb. Həqiqətən də Qərb elitaları total prinsipsiz yalan rəmzinə çevrilib".
 
Rusiyalı siyasətçilər və jurnalistlərə kommunizmin süqutu ilə beynəlxalq birliyin yeni razılaşdırılmış qaydaları rəhbər tutmağa başladığı barədə öz xülyalarına son qoymaq üçün xeyli zaman tələb olunub.
 
Bir çox intellektuallar və jurnalistlər ABŞ-ı ideallaşdırıb, bu səbəbdən də Moskva Vaşinqtononun ona qarşı münasibətdə niyyətlərini anlaya bilməyib.
 
Birləşmiş Ştatların Ukraynanın qanuni seçilmiş hökumətini devirməsinə, Gürcüstanla Cənubi Osetiya arasında hərbi münaqişənin başlanmasına Kremlin hazır olmadığını daha nə ilə izah etmək olar ki?
 
Hazırda Putin Rusiyanın ABŞ və Avropa İttifaqı ilə dürüst və ədalətli münasibətlərlə bağlı yalançı ümidlərinin nəticələrinin nə qədər ciddi olduğunu anlayır. 
 
Əgər Qərbin deqradasiyası onun tam lflasına gətirib çıxarmasa, savaş qaçılmaz olacaq. Amerikalı və avropalılar maliyyə maqnatlarının maraqları və niyyətlərinə qulluq edən öz hökumətlərinə təsir edə bilməyəcək.
 
Hazırda Qərb hamıya və hər kəsə utanıb-qızarmadan soyqırımda iştirak etməyə qadir olduğunu nümayiş etdirir, hətta ən Qərbpərəst rusiyalılar da yəqin ki, Vaşinqtonun fitnələrindən uzaq durmağa çalışacaq.
 
Qərb sovet dövründə yaradılmış etimadı tamamilə dağıdıb. Hazırda dünya üzərində nüvə Armadegonu təhlükəsi dolaşır. Belə təhlükə qarşısında bütün başqa təhlükələr ikinci plana çəkilir.
 
Müəllif: Pol Kreyq Roberts
Seçilən
487
50
moderator.az

10Mənbələr