AZ

Yasamalda yanğın başlayıb - VİDEO

Yasamalda yanğın başlayıb - VİDEO

Paytaxtın Yasamal rayonu ərazisində güclü yanğın başlayıb.

AFN.az xəbər verir ki, hadisə Nəriman Nərimanov prospektinin yaxınlığında - “Sovetski” adlanan ərazidə qeydə alınıb. Hazırda ərazidə açıq alovla müşayiət edilən güclü yanğın müşahidə olunur.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları və canlı qüvvəsi cəlb edilib. Yanğının yaxınlıqdakı binalara keçməsinin qarşısının alınması üçün operativ tədbirlər görülür.

Hələlik yanğının başvermə səbəbləri və xəsarət alanlar barədə məlumat yoxdur.

Əlavə məlumat veriləcək.

Seçilən
34
5
afn.az

6Mənbələr