AZ

Autizmli uşaq danışmırsa nə etmək lazımdır?

Bakı. Trend:

Autizm sindromlu uşaqlarda sosial ünsiyyət pozğunluqları, beyninsəsli informasiyalarının çətinliklə qavranılmaması, sensorhəssaslığının həddindən artıq yüklənməsi və ünsiyyət üçünmotivasiyanın olmaması səbəbindən nitq inkişafdan qala bilir.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı nazirliyin Respublika PsixiSağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova açıqlayıb.

Aygün Ələkbərova qeyd edib ki, çox vaxt uşaq danışmırsa ilkloqopedlər yada düşür:

"Amma unutmayaq ki, nitq adətən, anlamaqdan aktiv istifadəyədoğru irəliləyir. Əgər yuxarıda sadaladıqlarımızdan biri müşahidəolunarsa nitq anlayışını,nitqin anlamasını inkişaf etdirmək mümkünolmur. Uşaqların səsli nitqə marağını oyatmaq və böyüklərin nitqinidinləmək bacarığını inkişaf etdirmək üçün təqlid bacarığıolmalıdır. Autizm sindromlu uşaqlarda nitq mənimsənilməsi çətinolan sosial alətə çevrilir. Ona görə də, bir çox uşaqlarqeyri-verbal ünsiyyətdən (jestlər, kartlar) istifadə etməkləistəklərini bildirirlər. Çox əfsuslar olsun ki, aşağı potensiallıautizm sindromlu uşaqlarda verbal ünsiyyətin inkişafı müşahidəolunmayada bilər. Amma yüksən potensialı autizm uşaqlarda zamanındadüzgün tibbi və psixo-pedaqojı müdaxilələr olunarsa nitqindinamikası müşahidə olunur. Məsələn, Asperger sindromlu uşaqlar əlamexaniki yaddaşa sahibdirlər, həvəslə, ədəbi dildə danışa bilirlər,lakin söhbəti axıcı, maraqlı, davamlı etdirməkdə çətinlik çəkirlər.Autizm sindromlu uşaqlarla peşəkar psixo-pedaqojı komandaçalışmalı,ailələri isə hər zaman sevgi və dəstəkləriniəsirgəməməlidirlər".

Seçilən
12
2
az.trend.az

4Mənbələr