Ajans.az xəbər verir ki, Nazirliklə AİB arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayan əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ötən dövrdə icra olunan birgə layihələrin əhəmiyyətini diqqətə çatdırıb. “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sosial müdafiə sahəsində AİB-in dəstəyinin gücləndirilməsi” layihəsi üzrə aparılmış işlərin müsbət nəticələrindən bəhs olunub.Təşkilatın2025–2029-cu illər üçün Ölkə Tərəfdaşlıq Strategiyasınınəməkdaşlığın genişləndirilməsində xüsusi önəm kəsb etdiyi vurğulanıb.Nümayəndə heyətinə son illər ölkəmizdə həyata keçirilən sosial islahatların nailiyyətləri, aktiv məşğulluq proqramları, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin bacarıqlarının artırılması istiqamətində görülən işlər barədə məlumat verilib.Lea Qutierrez ötən dövrdə əldə olunmuş uğurlu əməkdaşlıq təcrübəsinin məmnunluq doğurduğunu və yeni layihələr çərçivəsində birgə fəaliyyətin uğurla davam edəcəyinə əminliyini bildirib.Görüşdəəmək sahəsi ilə bağlı yeniregional texniki yardım layihəsi çərçivəsində görüləcək işlər,əmək və sosial müdafiə sahələrində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.