AZ

Azərbaycanda bəzi hallarda sudan istifadəyə görə yeni ödənişlər müəyyən edildi

Nazirlər Kabineti su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişləri təsdiqləyib.

"Cebheinfo.az" xəbər verir ki, yeniliklər 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.

Yeni qaydalara görə, suyun istifadəsi məqsədindən və mənbəyindən asılı olaraq fərqli tariflər tətbiq olunacaq.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri aşağıdakı kimi olacaq:

Sıra

№-si

Su obyekti

Su obyektlərindən istifadənin xüsusi məqsədləri

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödəmələr

(manatla)

götürülən 1 m3 suya görə

axıdılan 1 m3 tullantı suyuna görə

İstifadə edilən 1 m2 su akvatoriyasına görə

(gündəlik)

1.

Xəzər dənizi (liman akvatoriyası istisna olmaqla)

məişət

0,01

sənaye

0,004

0,01

energetika

0,00001

kiçik həcmli gəmilərin hərəkəti (götürülən suya və su xətti sahəsinə görə)

0,0001

0,0004

2.

Çaylar və göllər

içməli su və məişət

0,01

0,01

sənaye

0,04

0,04

kənd və meşə təsərrüfatı

0,001

energetika

0,00001

kiçik həcmli gəmilərin hərəkəti (götürülən suya və su xətti sahəsinə görə)

0,0001

0,0005

balıqçılıq, o cümlədən akvakultura

0,0001

0,0004

3.

Yeraltı sular

içməli su və məişət

0,1

müalicə, kurort və sağlamlaşdırma

0,3

sənaye

0,4

balıqçılıq, o cümlədən akvakultura

0,0002

Təbii su mənbələrindən (su obyektlərindən) aşağıdakı məqsədlərlə götürülən suya görə ödəniş tutulmur:

 

Ümumi istifadədə olan, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslər öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə və s.) ödənişsiz istifadə edirlər.

Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadəyə görə ödənişlərdən azaddırlar.

Balıqçılıq, o cümlədən akvakultura məqsədilə yerüstü su obyektlərindən götürülən su istifadə edildikdən sonra drenaj sistemlərinə axıdıldıqda yuxarıdakı cədvəllə müəyyən edilmiş ödəniş 10 əmsal tətbiq edilməklə hesablanacaq.

Tullantı suları tullantı sutəmizləyici qurğular tətbiq etməklə müəyyən edilmiş normalara çatdırıldıqdan sonra su obyektlərinə axıdıldıqda, yuxarıdakı cədvəllə müəyyən edilmiş ödənişlər 0,7 əmsal tətbiq edilməklə hesablanacaq.

"Cebheinfo.az"

Seçilən
1
10
cebheinfo.az

10Mənbələr