AZ

“Rusiya iqtisadiyyatı düşür...” “Bunu gözləməyin mənası yoxdur”

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiyada biznes gəlirlərin azalması ilə üzləşir və iqtisadiyyat "nəinki yavaşlayır, həm də artıq düşür".

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya “Sberbank”-ının baş direktoru Mixail Matovnikov ACRA risk forumunda deyib.

O qeyd edib ki, bu da bankların ödənməyən kreditlərlə qarşılaşmasına və bu problemləri həll etmək yolları axtarmasına səbəb olur. Onun sözlərinə görə, iqtisadiyyatın üzləşdiyi çətinliklər bir çox sənaye sahələrində mallara xarici tələbatın olmaması və Mərkəzi Bankın inflyasiyanın artmasının qarşısını almaq üçün tətbiq etdiyi uzun müddətli yüksək faiz dərəcələridir.

Nəticədə, Rusiyanın ÜDM artımı ötən il dörd dəfə yavaşlayaraq 1%-ə düşüb və 2026-cı ilin əvvəlində iqtisadiyyat yanvar-fevral aylarında 1,8% azalaraq geriləyib.

Matovnikov qeyd edib ki, bir çox şirkət üçün nominal gəlirlər azalıb, lakin işçi qüvvəsinin çatışmazlığı səbəbindən onlar maaşları artırmaq məcburiyyətində qalırlar, borc xidməti xərcləri isə ikiqat artıb.

"Bir müddət sonra kredit riskləri yetişəcək və banklar onları idarə etmək məcburiyyətində qalacaqlar", - deyə “Sberbank”ın baş meneceri bildirib. 

Rusiya Mərkəzi Bankının məlumatına görə, 1 fevral tarixinə bank balanslarındakı bütün korporativ kreditlərin 11,3%-i problemli kreditlər olub. Pul baxımından bu, 10,6 trilyon rubl təşkil edir - bu məbləğ federal büdcənin dörddə birinə və Moskvanın iki illik büdcəsinə bərabərdir.

Matovnikov deyib ki, "Dövlət şirkətləri də makroiqtisadi çətinliklərlə üzləşiblər" və onlar "qaçılmaz olaraq" borcların restrukturizasiyasına ehtiyac duyacaqlar.

Onun sözlərinə görə, iqtisadi artımı dəstəkləmək üçün xarici stimul lazımdır, lakin nə büdcə, nə də bank kreditləri bunu təmin etməyəcək. Büdcə uzun müddətdir ki, kəsir içindədir və 2022-2025-ci illər üçün federal büdcədəki "dəlik" təxminən 15 trilyon rubla çatıb, 2026-cı ilin yanvar-mart ayları üçün isə daha 4,5 trilyon rubl buna əlavə olunub: "Büdcə impulsu gözləməyin mənası yoxdur; kredit stimullaşdırılması ciddi şəkildə məhduddur və biz ciddi iqtisadi yavaşlama ilə üzləşirik". Bu mənzərə bird aha Rusiya iqtisadiyyatının tənəzzül ərəfəsində olduğunu göstərir.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
azpolitika.info

1Mənbələr