AZ

Tramp Si Cinpindən İrana silah tədarükünü təkzib edən məktub alıb

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Çin Sədri Si Cinpin ABŞ prezidenti Donald Trampa İrana silah ötürülməsi ilə bağlı xəbərləri təkzib edən məktub göndərib.

525.az xəbər verir ki, bu barədə Amerika lideri Fox Business-ə verdiyi müsahibədə deyib.

“Si Cinpin bu yaxınlarda mənə gözəl bir məktub yazıb. Çinin İrana silah tədarük etdiyini eşitdiyim üçün ona göndərdiyim məktuba cavab verib. Mən ona bunu etməməyi xahiş edən bir məktub yazdım. O isə öz cavabında əslində bunu etmədiyini, yəni silah vermədiklərini bildirib”, - Tramp deyib.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
525.az

1Mənbələr