AZ

Qız uşaqları niyə oğlan uşaqlarından daha tez danışır? AÇIQLAMA

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Qızlar oğlanlara nisbətən daha erkən danışır. Bu da onunla bağlıdır ki, sol yarımkürədə nitqə cavabdeh olan neyronlar daha tez fəaliyyətə başlayır".

Redaktor.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova dedi.

O əlavə etdi ki, oğlanlarda isə bu proses bir qədər ləng gedir:

"Lakin bu, qəti göstərici deyil, əks hallara da rast gəlmək mümkündür. Əsas məsələ mərkəzi sinir sisteminin sağlamlığıdır. Sinir sistemi nə qədər sağlam olarsa, idrak fəaliyyəti də bir o qədər yaxşı inkişaf edir. İdrak fəaliyyəti inkişaf etdikcə nitqə də müsbət təsir göstərir. Bu sahədə dəqiq və dəyişməz bir qayda yoxdur. Aparılan bəzi təcrübələr göstərir ki, qızlarda sol yarımkürə neyronları arasında əlaqə oğlanlara nisbətən daha erkən formalaşır. Lakin üç yaşdan sonra, əgər mərkəzi sinir sistemi sağlamdırsa, inkişaf prosesi balanslaşa bilər. Əgər mərkəzi sinir sistemi ilə bağlı hər hansı problem müşahidə olunarsa, nitqdə gecikmə həm qızlara, həm də oğlanlara aid ola bilər".

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
redaktor.az

2Mənbələr