AZ

Hərbi hospitalın bölmə rəisinə HÖKM OXUNDU

Ajans.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs altı min manat məbləğində cərimə edilib. İttiham tərəfi Azər Paşayevin tutduğu vəzifədən kənarlaşdırılmasını istəməyib. Qeyd edək ki, Azər Paşayevə Cinayət Məcəlləsinin 312-1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham irəli sürülüb. İbtidai və məhkəmə istintaql zamanı onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Azər Paşayevin adı Müdafiə Nazirliyinin “İstirahət evi”nin sabiq rəisi İlham Haqverdiyevin cinayət işində keçib. Belə ki, cinayət işi üzrə şahid qismində ifadə verən Murğuz Həsənovun şahid ifadəsi əsasında MN-in “İstirahət evi”nin sabiq rəisi İlham Haqverdiyev barəsində də cinayət işi başlanılıb. Sabiq rəis hazırda həbsdədir və məhkəmə istintaqı davam edir. Müdafiə Nazirliyinin “İstirahət evi”nin rəisi vəzifəini Murğuz Həsənov icra edir./APA

Seçilən
0
12
Ajans.az

10Mənbələr