AZ

Oğlanlar gec danışır? “Mif”ə AYDINLIQ

ain.az bildirir, Bakivaxti portalına istinadən.

Oğlan uşaqlarının qızlara nisbətən gec danışması müəyyən qədər müşahidə olunsa da, bu, dəqiq və dəyişməz qayda deyil.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova deyib. 

Onun sözlərinə görə, valideynlər xüsusilə 2 yaşdan sonra uşağın danışığında gecikmə varsa diqqətli olmalıdır:

“Əgər uşaq 2 yaşını keçib və danışmırsa, bu zaman valideynləri narahat etməlidir və mütəxəssisə müraciət etmək tövsiyə olunur. Erkən qiymətləndirmə hər zaman daha effektiv nəticə verir”.

A.Ələkbərova qeyd edib ki, qızların daha tez danışması ilə bağlı müəyyən elmi müşahidələr mövcuddur:

“Bəzi hallarda qız uşaqları oğlanlara nisbətən daha erkən danışır. Bu da onunla bağlıdır ki, nitqə cavabdeh olan sol yarımkürədə neyronların fəaliyyəti qızlarda daha tez aktivləşir. Oğlanlarda isə bu proses bir qədər ləng gedə bilər”.

Loqoped vurğulayıb ki, bu hal ümumi qayda kimi qəbul edilməməlidir:

“Bu, hər uşaq üçün keçərli olan bir göstərici deyil. Əksinə, oğlan uşağının daha tez danışdığı hallar da ola bilər. Burada əsas məsələ uşağın mərkəzi sinir sisteminin sağlam olmasıdır”.

Mütəxəssis əlavə edib ki, uşağın idrak inkişafı nitqə birbaşa təsir göstərir:

“Sinir sistemi nə qədər sağlam və inkişaf etmiş olarsa, idrak fəaliyyəti də bir o qədər yaxşı olur. Bu da öz növbəsində nitqin formalaşmasına müsbət təsir edir. Ümumilikdə 3 yaşdan sonra sağlam uşaqlarda bu fərqlər daha da azalır və inkişaf balanslaşır”.

A.Ələkbərova qeyd edib ki, əgər mərkəzi sinir sistemi ilə bağlı problem varsa, bu gecikmə həm qız, həm də oğlan uşaqlarında müşahidə oluna bilər:

“Gecikmə yalnız cinslə bağlı deyil. Əgər hər hansı nevroloji və ya inkişaf problemi varsa, bu həm qızlarda, həm də oğlanlarda eyni şəkildə özünü göstərə bilər”.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
bakivaxti.az

2Mənbələr