AZ

Apple bu ilin payızında dörd yeni smartfon təqdim etməyi PLANLAŞDIRIR

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Apple" şirkəti ən bahalı smartfonlarının qiymətini artırmayacaq.

Redaktor.az bu haqda xarici mediaya istiandla məlumat verir.

Məlumata görə, şirkət rəhbərliyi ən bahalı modellərin qiymətlərini əvvəlki səviyyədə saxlamağı planlaşdırır.  Bildirilir ki, bahalaşan komponentlər əsasən ucuz modellərə təsir edir.

Qeyd olunur ki, şirkət bəzi kompromislərə getməli ola bilər. Belə ki, bu il təqdim olunacaq "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modelləri üç rəng variantında buraxılacaq ki, bu da istehsal xərclərini azaltmağa kömək edəcək.

Digər məlumata görə, "Apple" bu ilin payızında dörd yeni smartfon təqdim etməyi planlaşdırır. Yeni seriyaya "iPhone 18 Pro", "iPhone 18 Pro Max", ilk qatlanan model və "Air" seriyasının davamı daxil olacaq.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
redaktor.az

2Mənbələr