AZ

“Hizbullah”ın dəstəyi zəifləyə bilər

Politoloq Tamilla Qulami İranın proksi qüvvələrə, xüsusilə də “Hizbullah”a dəstəyi ilə bağlı fikirlərini açıqlayıb.

News365.az xəbər verir ki, o, müsahibəsində İranın bölgədə müxtəlif silahlı qruplar vasitəsilə təsir imkanlarını genişləndirdiyini bildirib. Politoloqun sözlərinə görə, bu qüvvələr arasında “Hizbullah” da xüsusi yer tutur.

O qeyd edib ki, “Hizbullah”ın silahlanması və İran tərəfindən dəstəklənməsi uzun illərdir regionda müzakirə olunan əsas mövzulardandır. Bununla belə, hazırkı mərhələdə İranın bu qruplaşmalara maddi və hərbi dəstək imkanlarının əvvəlki qədər güclü olmadığı bildirilir.

Tamilla Qulami vurğulayıb ki, proksi qüvvələr İran üçün regional siyasətdə əsas alətlərdən biri hesab olunur və xüsusilə İsrail ilə qarşıdurmalarda bu strukturlardan istifadə edilir.

Onun fikrincə, gələcək mərhələdə ABŞ-la gərginliyin artması İranın bu qüvvələrə dəstəyinə də təsir göstərə bilər və bəzi hallarda bu dəstəyin zəifləməsi istisna edilmir.

Politoloq əlavə edib ki, “Hizbullah” ideoloji və daxili resurslara söykənərək fəaliyyətini davam etdirə bilsə də, xarici dəstək onun imkanlarını müəyyənləşdirən əsas amillərdən biri olaraq qalır.

Seçilən
17
news365.az

1Mənbələr