AZ

Prezident açıqladı: İki il ərzində kənd adları dəyişdiriləcək

Yazını böyüt
Yazını kiçilt

Qırğızıstan Prezidenti Sadır Japarov ölkədəki kəndlərin rus adlarını tədricən qırğız dilinə dəyişdirmək planını açıqladı. Bu prosesin 2027-ci ilə qədər tam başa çatması gözlənilir.

Hafta.az yazır ki, dövlət başçısı bu təşəbbüsün milli dəyərləri və dili gücləndirməyi, tarixi adları dirçəltməyi hədəflədiyini vurğuladı. Bu, ölkədəki coğrafi adların vahid milli ruha malik olmasını təmin edəcək.

Prezident həmçinin kəndlərə fərdlərin adının verilməsini məhdudlaşdıran yeni qayda elan etdi. Onun sözlərinə görə, tarixi şəxsiyyətlərin adları artıq ictimai yaddaşa həkk olunub və bunu yer adlarında əlavə olaraq əks etdirməyə ehtiyac yoxdur.

"Məslən, Alimbek Dodhonun adı artıq tarixdədir. Kənd sadəcə onun adını daşıdığı üçün daha sürətli inkişaf etməyəcək", - Sadır Japarov bildirib.

Seçilən
17
hafta.az

1Mənbələr