AZ

İqtisadçıdan Azərcell in qiymət artımına İRAD: Abonentə seçim imkanı tanımır

Sitat.info saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Azərcell-in ötən yaydan tətbiq etdiyi yeni tarif paketlərinə cəmi 10 ay sonra yenə dəyişiklik edib,  "Supersən" paketinin qiymətini 10 manatdan 12 manata qaldırıblar. Ən maraqlısı da odur ki, bununla bağlı müştərilərə xəbərdarlıq mesajları da gəlməyib. Bu səbəbdən nömrəmdə 10 manat olsa da, paketin vaxtı bitən andan yenilənmə olmadı.Özüm zəng edəndən sonra, 2 manat köçürməli olduğumu dedilər. Səbəbini də belə izah elədilər ki, paket çərçivəsində təklif olunan 3 GB intenet 5 GB-a yüksəldilib.

Bunu hansı zərurətdən ediblər, müştərilər arasında sorğu keçirib buna ehtiyac olduğunu soruşublarmı?".

Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev Facebook səhifəsində paylaşıb. 

 O bildirib ki, belə bir artımı məqbul hesab etmir: "Məsələn, mən artıq 1 ildir ödədiyim 10 manat müqabilində aldığım 300 dəqiqədən maksimum 150 dəqiqə, əksər aylarda isə 100-120 dəqiqə işlətmişəm. İnternet paketinin də yarısını ancaq işlədirəm. Əgər tutaq ki, 100-150 dəqiqəlik danışığa, 2 GB internetə ehtiyacım varsa, Azərcell belə bir seçim imkanı tanımır. Bu halda mən xərcimi artırmaqla əlavə interneti niyə almalıyam? Rəqabət olmayanda, seçim imkanı olmayanda nəticəsi belə olur. Yəni tarif paketləri daha geniş diapazonda və çeşidli qiymətlərlə istehlakçı ehtiyaclarına (həmçiinin büdcəsinə) uyğun olmalıdır. Amma bunları yazmağın faydası da yoxdur. Çünki seçici statusu olmayan insanlar məmnuniyyəti ölçülən və nəzərə alınan istehlakçı statusunu da çoxdan itirib".

İqtisadçı əlavə edib ki, Azərbaycan regionda mobil internetin ən baha olduğu ölkələrdən biridir: "Ölkələrarası məlumatların müqayisəsini təqdim edən "Numbeo"nun ən son rəqəmlərinə görə, standart mobil paketin (aylıq zənglər +10GB internet daxil) qiyməti Azərbaycanda təxminən 13 dollar, Gürcüstanda 11 dollar, Türkiyədə 10 dollar, Ermənistanda 8 dollar təşkil edir".

Nigar,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
sitat.info

3Mənbələr