AZ

Qızlarımızdan daha bir UĞUR - Bu dəfə Fransada - FOTO

Azərbaycanlı qızlar XV Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğur əldə ediblər.

Bizim.Media Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, məktəblilərimiz XV Avropa Qızlar Riyaziyyat Olimpiadasından (EGMO 2026) 3 bürünc medalla qayıdıblar.

Fransanın Bordo şəhərində keçirilən olimpiadada Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu və 10-cu sinif şagirdləri Gülay Əlizadə və Zeynəb Umudlu, həmçinin Bakı şəhəri 236 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Ləman Nəbiyeva fərqləniblər.





Nəzrin Mirzəyeva, Bizim.Media

Seçilən
25
1
bizim.media

2Mənbələr