AZ

İranın iki gəmisi ABŞ-nin blokadasını yarıb - KİV

İrana məxsus supertanker və bir gəmi ABŞ-nin blokadasına baxmayaraq, Hörmüz boğazından keçərək İran sularına daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, supertanker sanksiya altında olub, heç bir məxfilik olmadan və məkan müəyyənetmə cihazı işlək vəziyyətdə Hörmüz boğazından İran sularına daxil olub.

Sözügedən supertankerin 2 milyon barel xam neft daşımaq potensialına malik olduğu bildirilir.

Ərzaq məhsulları ilə yüklü gəmi isə İmam Xomeyni adına limana doğru hərəkət edir.


 

Seçilən
0
1
bakivaxti.az

9Mənbələr