AZ

Azərbaycanda bu şəxslərin maaşı 4000 manata yaxındır

Bu ilin yanvar–fevral aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 915,5 manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Göstəriciyə görə, dövlət sektorunda əməkhaqqı 1 807,8 manat, özəl sektorda isə 1 982,3 manat olub.

2025-ci ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 1% artıb. Dövlət sektorunda artım 15,3 % olduğu halda, özəl sektorda 7,5 % azalma qeydə alınıb.

2026-cı il martın 1-nə bu sahədə çalışanların sayı 33,5 min nəfər olub ki, bu da illik müqayisədə 0,6 % azdır.

Azərbaycanda iqtisadi fəaliyyət növləri üzrə orta aylıq maaşlar belə formalaşıb:

- Kənd təsərrüfatı: 684,9 manat;

- Mədənçıxarma sənayesi: 3 782,1 manat;

- Emal sənayesi: 1 012,4 manat;

- Elektrik enerjisi, qaz və buxar: 1 131,6 manat;

- Su təchizatı və tullantılar: 722,4 manat;

- Tikinti: 1 241,9 manat;

- Ticarət və təmir: 763,5 manat;

- Nəqliyyat və anbar: 1 497,8 manat;

- Turizm və ictimai iaşə: 798,7 manat

- İnformasiya və rabitə: 1 915,5 manat;

- Maliyyə və sığorta: 2 790,0 manat;

- Daşınmaz əmlak: 1 054,3 manat;

- Peşə, elmi və texniki fəaliyyət: 1 786,0 manat;

- İnzibati xidmətlər: 764,1 manat;

- Dövlət idarəetməsi və müdafiə: 1 434,8 manat;

- Təhsil: 817,2 manat;

- Səhiyyə və sosial xidmətlər: 925,4 manat;

- İstirahət və əyləncə: 874,1 manat;

- Digər xidmətlər: 1 237,1 manat;

Rəqəmlər göstərir ki, ən yüksək maaş mədənçıxarma sənayesindədir – 3 782 manat, daha sonra maliyyə sektoru (2 790 manat) və İT/rabitə sahəsi (1 915 manat) gəlir.

 Ən aşağı maaş isə kənd təsərrüfatında – cəmi 684 manatdır.


Telegram kanalımız
Seçilən
19
1
yenisabah.az

2Mənbələr