AZ

Ekspertdən ŞOK XƏBƏRDARLIQ! Bu peşə sahibləri işsiz qalacaq,əvəzində...

Son illərdə süni intellektin sürətli inkişafı ilə əlaqədar əmək bazarında köklü dəyişikliklər olacağı barədə səslənən fikirlər narahatlıq doğurur. Hansı peşə sahibləri bu inkişafdan daha çox təsirlənəcək? Və hansı peşələr tamamilə suni intellektlə əvəzlənə bilər?Gəlin bu mövzuya birlikdə nəzər salaq.

Süni intellektin sürətli inkişafı əmək bazarında müəyyən dəyişikliklər yaradıb. Bu mövzu bir çox insanların beynində sual doğurur.Ancaq  məsələyə daha sakit və real yanaşmaq vacibdir. Çünki tarix göstərir ki, hər texnoloji yenilik köhnə sahələri dəyişdiyi kimi, yeni imkanlar da yaradır.

Mövzu ilə bağlı AİKTSA sədri Elvin Abbasov bildirir ki,süni intellektin əmək bazarındakı təsiri birmənalı olaraq işin itirilməsi deyil, daha çox işin mahiyyətinin dəyişməsi kimi qiymətləndirilməlidir.

Bu inkişafdan ən çox rutin, təkrar olunan və məlumatların emalına əsaslanan peşə sahibləri təsirlənəcək. Məsələn, mühasib köməkçiləri, məlumat daxil edənlər, sadə hüquqi sənədlərin hazırlanması ilə məşğul olanlar və müştəri xidmətləri təmsilçiləri süni intellektin sürətli və xətasız işləmək qabiliyyəti qarşısında ciddi rəqabətlə üz-üzədirlər. Bu sahələrdə çalışanlar öz fəaliyyətlərini texnologiyanın nəticələrini idarə etmək və tənqidi təhlil etmək istiqamətinə yönəltməli olacaqlar.

Seçilən
31
5
news365.az

6Mənbələr