AZ

Karapetyan Rusiya vətəndaşlığından imtina edir

Erməni biznesmen Samvel Karapetyan Ermənistanda parlament seçkilərində iştirak etmək üçün digər vətəndaşlıqlarından imtina etmək qərarına gəlib.

Sabahinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə biznesmen özü bildirib.

“Bir halda ki, seçkilərdə iştirak edirəm və qələbə qazanacağıma əminəm, həmin pasportlardan imtina prosesinə başlamağı qərara aldım”, - deyə biznesmen bildirib.

Ermənistanda iyunun 7-ə planlaşdırılan seçkilərdə iştirak etmək üçün namizədlərin yalnız Ermənistan vətəndaşlığının olması tələb olunur.

Seçilən
17
7
sabahinfo.az

9Mənbələr