AZ

Britaniya ordusuna 3,5 milyard funt qənaət tapşırığı verilib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

London, 15 aprel, AZƏRTAC

Böyük Britaniyada hərbi rəhbərlik artan maliyyə təzyiqləri fonunda bu il üçün 3,5 milyard funt sterlinq həcmində qənaət yollarını müzakirə edir.

AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, Baş nazir Kir Starmer ölkənin silahlı qüvvələrini mümkün müharibəyə hazırladığını bəyan etdiyi bir vaxtda, ordu rəhbərlərinə xərclərin azaldılması tapşırılıb.

Mənbələr bildirir ki, Böyük Britaniyanın Kral Donanması və Kral Hərbi Hava Qüvvələri daxil olmaqla yüksək rütbəli hərbçilər bu həftə bir araya gələrək büdcə təzyiqlərini müzakirə edəcəklər.

Bildirilir ki, mövcud büdcə hazırkı proqramların həyata keçirilməsi üçün kifayət etmir. Bu isə ötən ilin iyununda təqdim olunan və artan təhlükələrə cavab olaraq silahlı qüvvələrin yenidən qurulması və silahlandırılmasını nəzərdə tutan müdafiə strategiyasının icrasını çətinləşdirir.

Mənbələrin sözlərinə görə, müdafiə nazirliyi digər dövlət qurumları kimi Maliyyə Nazirliyinin müəyyən etdiyi büdcə çərçivəsində fəaliyyət göstərməyə məcburdur. Müdafiə rəsmiləri daha sürətli maliyyə ayrılması ümidində olsa da, 10 illik Müdafiə İnvestisiya Planı hələ də təsdiqlənməyib. Halbuki bu planın ötən ilin payızında açıqlanması gözlənilirdi.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
2
azertag.az

3Mənbələr