AZ

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 71 faiz artıb

Naxçıvan, 15 aprel, AZƏRTAC

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 12 lisenziya verilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, verilmiş lisenziyaların sayı ötən ilin müvafiq dövrünə nisbətən 71,4 faiz, lisenziyalardan daxilolmaların məbləği isə ötən ilin müvafiq dövrünə nisbətən 82,4 faiz artıb.

Cari ilin 3 ayı ərzində Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlarının verdiyi 1206 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 27,5 min manat vəsait daxil olub.

Müxbir - Nail Əsgərov

Seçilən
20
2
azertag.az

3Mənbələr